Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, fevralın 10-dan 12-dək İslamabad şəhərində Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 10-dan 21-dək Çex Respublikasının Vışkov şəhərində Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcəkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
AzərTac.az