Azərbaycan Respublikasının müdafiə nazirinin NATO-ya səfəri başlamışdır

Posted by

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı, general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcəkdir.

Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaqdır.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, həmçinin NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvəti ilə NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə iştirak edəcəkdir.

AzərTac.az