Azərbaycan qanunvericiliyinə müdafiə sənayesinin dəstəklənməsi ilə bağlı dəyişiklik edilməsi nəzərdə tutulur

Posted by

Azərbaycanda müdafiə sənayesinin dəstəklənməsi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi müzakirə olunur. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.

Dəyişikliklər müdafiə sənayesinin inkişafını stimullaşdırmağa yönəlib. Eyni zamanda yerli sənayenin inkişafını dəstəkləyəcək.

Hazırda müzakirələr davam etdiyindən təkliflər barədə konkret məlumatlar verilməyib.

Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında bildirib ki, ötən ilin ortalarından etibarən Azərbaycanın silahlı qüvvələrinə və güc strukturlarına ölkədə istehsal olunan müdafiə təyinatlı məmulatları xaricdən almamaq tapşırılıb: “Düşünürük ki, digər ölkələrin də tətbiq etdiyi bu təcrübə yerli hərbi sənayenin inkişafını stimullaşdıracaq. Əlavə imkanlar yaradacaq”.

Apa.az