Azərbaycan prezidenti “Notariat haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Posted by

Azərbaycan prezidenti “Notariat haqqında” qanuna dəyişiklikləri təsdiqləyibAzərbaycan prezidenti “Notariat haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti “Notariat haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Notariat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 3 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Notariat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Notariat haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Qeyd edək ki, “Notariat haqqında” qanunun I hissəsinin 3-cü bəndindən “Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda və ya” sözləri çıxarılıb, III hissəyə isə “3-1. notariusun Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə” bəndi əlavə edilib.

 

Apa.az