Azərbaycan Prezidenti İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında iştirak edib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında iştirak edibAzərbaycan Prezidenti İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 2-də Bakı Sərgi Mərkəzində XXII Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılış mərasimində iştirak ediblər.

 

Mərasimi açan “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu VUD dedi:

 

– Zati-aliləri cənab Prezident Əliyev.

 

Xanımlar və cənablar.

 

Bu gün burada “ITE Group Plc” adından və eyni zamanda, XXII Xəzər Neft və Qaz Sərgi və Konfransının təşkilatçı komitəsi kimi iştirak etməkdən çox böyük məmnunluq duyuram.

 

Bu sərgi beynəlxalq gündəmdə artıq bir ənənəyə çevrilib. Neft və qaz sənayesi sahəsində ilk sərginin təməli sabiq Prezident cənab Heydər Əliyev tərəfindən qoyulub. Burada enerji sektoruna aid fürsətlər və imkanlar əvvəlki illərdə olduğu kimi, bu ilin də əhəmiyyətini artırır və bizim buraya gəlməyimizi daha önəmli edir. Bu sərgidə 300-dən çox şirkət iştirak edir, 20-dən artıq ölkə təmsil olunur. Eyni zamanda, bu sərgidə Almaniyadan, Rusiyadan, Çindən və digər ölkələrdən şirkətlər iştirak edir. İlk dəfə Çexiyadan və Polşadan şirkətlər bu sərgidə təmsil olunur.

 

Azərbaycan hər zaman bu cür sərgilərə və konfranslara öz dəstəyini verib. Buna görə biz Azərbaycan hökumətinə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə işimizi böyük məmnuniyyətlə davam etdiririk və buna görə də təşəkkür edirik.

 

Lakin Zati-aliləri, biz xüsusilə Sizə öz təşəkkürümüzü bildirmək istəyirik. Sizin bizə verdiyiniz dəstək və Azərbaycanda keçirilən bütün tədbirlərə yüksək diqqət və qayğınız çox böyük əhəmiyyət daşıyır. Bu gün Sizin bu mərasimdə iştirakınız sərgi və konfransımızın nə dərəcədə əhəmiyyətli olduğunu bir daha vurğulayır.

 

Sonda mən bu fürsətdən istifadə edərək, Zati-aliləri, təşkilatçılar adından Sizi və Azərbaycan xalqını ilk Avropa Oyunlarının keçirilməsi münasibətilə təbrik edirəm. Bu, nəinki mühüm tədbirdir, eyni zamanda, idman tarixində qalacaq böyük bir hadisədir.

 

Xanımlar və cənablar, bu sərgi-konfransda iştirak edənlərin hamısına uğurlar arzu edirəm. Hesab edirəm ki, biz birlikdə yeni-yeni fürsətlər axtarmalıyıq ki, bu sahəni daha da inkişaf etdirək. Çox sağ olun. Təşəkkür edirik.

 

AzərTac.az