Azərbaycan Prezidenti İlham Əliyev Minskə səfərə gəlib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev Minskə səfərə gəlibAzərbaycan Prezidenti İlham Əliyev Minskə səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Minskə səfərə gəlib

Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gəlib.

MDB-nin iştirakçısı olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

 

AzərTac.az