Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edibAzərbaycan Prezidenti İlham Əliyev Beyləqanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı 80 yerlik körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı sinif otaqları bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.

Bu cür obyektlərin yaradılması gələcəyimiz olan uşaqlara Heydər Əliyev Fondunun diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Bu, bir daha sübut edir ki, Azərbaycanda gənc nəslin yetişməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti tükənməzdir. Respublikanın müxtəlif bölgələrində Fondun dəstəyi ilə müasir təhsil ocaqlarının inşası, həyata keçirilən layihə və proqramlar bu sahənin sürətlə inkişaf etməsinə möhkəm zəmin yaradıb. Müasir dizaynı ilə diqqəti cəlb edən bu binalarda uşaqlarla çalışmaq üçün yüksək tələblərə cavab verən şərait var.

 

AzərTac.az