Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edibAzərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında iştirak edib

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

 

Yeni “Ağ Şəhər bulvarı” layihəsi çərçivəsində işlər yüksək səviyyədə həyata keçirilib. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.

 

Prezident İlham Əliyev bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.

 

Dövlətimizin başçısının Sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.

 

Prezident İlham Əliyev təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib.

 

Trend.az