Azərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib

Posted by

Azərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyibAzərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib

Azərbaycan prezidenti Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Müəyyən edilib ki, Cinayət Məcəlləsinin 318-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti həyata keçirir.

 

Qeyd edək ki, Cinayət Məcəlləsinə 318-2-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bu barədə müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində yazılı məlumat vermədiyi halda 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 360-480 saat ictimai işlərlə cəzalandırılır.

 

Apa.az