Azərbaycan Panamada BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransında təmsil olunur

Posted by

Azərbaycan Panamada BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransında təmsil olunur

Azərbaycan Panamada BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransında təmsil olunurAzərbaycan Panamada BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransında təmsil olunur

Panamada BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı və Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı keçirilir.
Noyabrın 29-dək davam edəcək tədbirlərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bəxtiyar Əliyev iştirak edir.
Milli Məclisdən AzərTAc-a bildirmişlər ki, dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduqları bu iclaslarda BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının tətbiqi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri, böyük korrupsiyaların təqib olunması və görülən işlər barədə fikir mübadiləsi aparılacaqdır.
İclaslarda deputat Bəxtiyar Əliyev Azərbaycanda korrupsiya əleyhinə görülən tədbirlər haqqında məlumat verəcək, bu barədə fikirlərini bölüşəcəkdir.