Azərbaycan Milli Elmlər Akademiyası “təhsil rouminqi” xidmətini genişləndirir

Posted by

Azərbaycan Milli Elmlər Akademiyası "təhsil rouminqi" xidmətini genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyası “təhsil rouminqi” xidmətini genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyası "təhsil rouminqi" xidmətini genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Bakı Ali Neft Məktəbini (BANM) “Eduroam” (education roaming) – “təhsil rouminqi” xidmətinə birləşdirir. Bu barədə Trend-ə institutdan bildiriblər.

İTİ-nin bu istiqamətdə apardığı işlər çərçivəsində BANM-in yerli kompüter şəbəkəsi intellektual kommutatorlar bazasında qurulacaq və “AzScienceNet” elmi şəbəkəsinə qoşulacaq. BANM-nin “Eduroam” xidmətinə yaxın aylarda birləşdiriləcəyi gözlənilir.

Hazırda “təhsil rouminqi” şəbəkəsi AMEA Rəyasət Heyətinin əsas binası, İTİ, İnsan Hüquqları İnstitutu, Geologiya İnstitutu və digərlərini əhatə edir.

“Eduroam” xidməti elmi müəssisələrin və təhsil sisteminin əməkdaşlarına yerini dəyişmə və ezamiyyət zamanı internet şəbəkəsinə pulsuz çıxış əldə etməyə imkan verir. “Eduroam”un fəaliyyət zonasında olan istifadəçi yalnız “təhsil rouminqi”ndə keçərli olan şəxsi hesab məlumatlarından (ad və parol) istifadə etməklə internet şəbəkəsinə qoşula bilər.

İTİ-nin “Eduroam” xidməti Trans-Avropa Elmi Tədqiqat və Təhsil Müəssisələri Assosiasiyasında (TERENA) qeydiyyatdan keçib.

 

Trend.az