Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Posted by

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov akademik Arif Paşayevi 80 illik yubileyi münasibətilə təbrik etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “İstiqlal” ordeni ilə təltif olunan akademik Arif Paşayevin Fizika İnstitutundakı çoxşaxəli fəaliyyətindən danışmışdır. Diqqətə çatdırmışdır ki, Arif Paşayev sonrakı fəaliyyətini Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) rektoru kimi davam etdirsə də, institutla daim sıx elmi əməkdaşlıq etmişdir. N.Məmmədov akademik Arif Paşayevi institutun əməkdaşları adından təbrik etmiş, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulamışdır.

AMEA-nın müxbir üzvü, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Cavad Abidinov akademik Arif Paşayevin elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. O, akademikin 1971-1996-cı illərdə Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etməsi, MAA-ya rektor təyin olunduğu gündən indiyədək orada apardığı islahatlardan, elm və təhsilin inkişafına verdiyi töhfələrdən danışmışdır. Bildirilmişdir ki, akademik Arif Paşayevin elm və təhsil sahələrindəki uğurları dövlətimiz və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

İnstitutun informasiya sektorunun rəhbəri, akademik Çingiz Qacar da görkəmli alim Arif Paşayevin elmi fəaliyyəti haqqında danışmışdır. O, akademik Arif Paşayevin elm sahəsində daim yenilik axtarışında olduğunu vurğulamış, yüksək insani keyfiyyətlərindən söhbət açmışdır.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev akademik Arif Paşayevin nəcib xüsusiyyətlərindən, elm sahəsində qazandığı uğurlardan danışmışdır. Diqqətə çatdırılmışdır ki, akademik Arif Paşayev MAA-nın maddi-texniki bazasının yenilənməsinə xüsusi diqqət yetirir. Elmin İnkişafı Fondu da bu cəhəti fəaliyyətində əsas istiqamət kimi götürür. E.Babayev, həmçinin rəhbərlik etdiyi fondun MAA ilə bir sıra layihələr həyata keçirməsindən, Milli Aviasiya Akademiyasının akademik Arif Paşayevin uğurlu fəaliyyəti nəticəsində ölkədə və dünyada həm elmi-tədqiqat, həm də qabaqcıl tədris ocağı kimi tanınmasından söhbət açmışdır.

Daha sonra AMEA-nın akademiki Maqsud Əliyev, müxbir üzv Bahadur Tağıyev, professorlar Eldar Qocayev, Səlimə Mehdiyeva və başqaları akademik Arif Paşayevi əlamətdar yubileyi münasibətilə təbrik etmişlər.

Tədbirin sonunda akademik Arif Paşayevin həyatı, elmi-təşkilati fəaliyyətindən bəhs edən film göstərilmiş və institutun muzeyində sərgi nümayiş olunmuşdur.

 

Trend.az