Azərbaycan ilə Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu arasında əlaqələr müzakirə olunmuşdur

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 18-də ölkəmizdə səfərdə olan Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti İsmayıl Safi ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında danışmış, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bölgə ölkələri üçün əhəmiyyətini vurğulamışdır.

İsmayıl Safi Elmar Məmmədyarova rəhbərlik etdiyi Fondun fəaliyyəti və gələcək planları haqqında məlumat vermişdir. O, Azərbaycan ilə Fond arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

AzərTac.az