Azərbaycan ilə Avstraliya arasında siyasi, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

Posted by

Azərbaycan ilə Avstraliya arasında siyasi, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar varAzərbaycan ilə Avstraliya arasında siyasi, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

Azərbaycan ilə Avstraliya arasında siyasi, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var

İyunun 4-də Milli Məclisin sədri Oqtay Əsədov Avstraliya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

 

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Qeyd edib ki, 23 ildən çoxdur ölkələrimiz arasında diplomatik münasibətlər mövcuddur. Siyasi, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var. Milli Məclisdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlər vacibdir.

 

Milli Məclisin sədri deyib: “Sizin gəlişiniz ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir. Bakı ilə tanış olacaqsınız. Əminəm ki, ölkəmizdən xoş təəssüratlarla qayıdacaqsınız”.

 

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxu Azərbaycanın payına düşür. Azərbaycanda investisiya yatırmaq üçün hər cür şərait yaradılıb. Ölkələrimizin iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyindən danışan Oqtay Əsədov qarşılıqlı səfərlərin təşkilinin, biznes forumların keçirilməsinin bu baxımdan faydalı olacağını söyləyib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri vurğulayıb ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsini istəyir.

 

Avstraliya parlamentinin üzvü Luke Simpkins Azərbaycana səfərdən, ölkəmizdə gördükləri inkişaf proseslərindən şad olduqlarını bildirib. L.Simpkins Azərbaycanda onlara göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

 

AzərTac.az