Azərbaycan hərbçiləri 4 ölkədə beynəlxalq hərbi təlim və kurslar iştirak edəcəklər

Posted by

Azərbaycan hərbçiləri 4 ölkədə beynəlxalq hərbi təlim və kurslar iştirak edəcəklərAzərbaycan hərbçiləri 4 ölkədə beynəlxalq hərbi təlim və kurslar iştirak edəcəklər

Azərbaycan hərbçiləri 4 ölkədə beynəlxalq hərbi təlim və kurslar iştirak edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri bır sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 20-dən 21-dək Litvanın Rukla şəhərində Juozas Luksa Quru Qoşunları Təlim Mərkəzi və mərkəzdə təşkil olunan sərrast atıcılıq kursu ilə tanışlıq səfəri, oktyabrın 20-dən 24-dək Türkiyənin İstanbul şəhərində Türkiyə Hərbi Dəniz Qüvvələrinin fərdi tədris sistemi ilə tanışlıq və təcrübə mübadiləsi, İzmir şəhərində “Əldə hazırlanmış partlayıcı qurğuların istifadə olunduğu yüksək təhlükəli mühitdə taktiki əməliyyatların aparılması” kursu, Belçikanın Brüssel şəhərində “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq” kursu, oktyabrın 21-dən noyabrın 13-dək Bəhreynin Manama şəhərində “Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014” yekun planlaşdırma konfransı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

Trend.az