Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilmişdir

Posted by

Mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üçüncü qurultayı keçirilmişdir. Qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark və başqaları çıxış etmişlər.

AzərTAc xəbər verir ki, qurultayda həmkarlar ittifaqları üzvlərinin sayının artırılması çərçivəsində korporativ strategiyalar, regional məqsədlər, milli strateji kampaniyalar, qeyri-formal sektor və gənclər mövzusunda məsələlər, dayanıqlı iş yerləri, davamlı gəlir və sosial yardım çərçivəsində məşğulluq, kollektiv danışıqlar, sosial müdafiə, pensiya gəlirləri, əmək fəaliyyətində qadınların rolu və s. məsələlər, hüquqların reallaşdırılması çərçivəsində risk zonasında yerləşən ölkələr üçün BHİK-in proqramı, əməkçi miqrantların və yerli millətlərin təşkilatlandırılması, qadınlara qarşı zorakılıq, əməyin mühafizəsi məqsədilə təşkilatlanma, qeyri-standart məşğulluq və digər məsələlər müzakirə olunmuşdur.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak etmişdir. Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış etmişdir.

Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər orqanları seçilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilmişdir.

AzərTac.az