Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2014-cü ildəki fəaliyyətinə qiymət verildi
“Ümumiyyətlə, 2014-cü il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üçün yaddaqalan ildir”. Trend-in məlumatına görə, bu barədə AHİK sədri Səttar Mehbalıyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, 2014-cü ildə həmkarlar ittifaqları haqqında qanunvericilikdə bir sıra dəyişikliklər edilib: “Bu il ərzində qanunvericilik bazasında edilən dəyişikliklər işçilərin, həm də AHİK-in hüquqlarının artmasına xidmət edib”.
S.Mehbalıyev il ərzində həmkarlar təşkilatlarının maliyyə imkanlarının artdığını da qeyd edib: “Yəni, Azərbaycan və onun iqtisadiyyatı inkişaf etdikcə, AHİK-in də maliyyə vəziyyəti yaxşılaşır. Çünki AHİK-ə daxil olan vəsaitlər birbaşa Azərbaycanın iqtisadiyyatı ilə bağlıdır. Bir sözlə, iqtisadiyyatda inkişaf varsa, AHİK-ə daxil olan vəsaitin də həcmi artır”.
Trend.az