Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

Posted by

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsinin yekunları və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə “İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri”nə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bu tədbirin keçirilməsində əsas məqsədin iş yerlərində işçilərin əməyinin mühafizəsini təşkil etmək, baş verə biləcək bədbəxt hadisələrin sayını minimuma endirmək olduğunu bildirmişdir. O, AHİK tərəfindən əməyin mühafizəsinə həsr olunmuş bir sıra tədbirlərin, müsabiqələrin keçirildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, qurum tərəfindən “Hər bir iş yerində əməyin mühafizəsi mədəniyyəti”, “Layiqli iş yeri -təhlükəsiz əmək”, “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim” devizi ilə və nəhayət 2009-cu ildən başlayaraq davam edən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı təşkilatı və müəssisəsi uğrunda” respublika baxış-müsabiqəsi təşkil edilmiş, 15 mindən artıq dinləyicini əhatə edən 400 zona seminarı keçirilmişdir. Müsabiqələrin əsas məqsədi Konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini artırmaq, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqdır. 2013-cü ildə AHİK-in IV qurultayına həsr olunan “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi” uğrunda keçirilən müsabiqədə isə 1500-dən artıq müəssisə iştirak etmişdir.

Diqqətə çatdırılmışdır ki, 2012-ci ildə ölkəmizdə iş yerlərində 291 bədbəxt hadisə baş vermiş, 2013-cü ildə isə 141 belə hadisə qeydə alınmışdır. Eyni zamanda, iş yerlərində ölənlərin sayında 10,2 faiz azalma müşahidə olunur. Bu sahələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi diqqət yetirilir. Tikintidə də ölənlər və xəsarət alanların sayında 2012-ci ilə nisbətən azalma vardır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirmişdir ki, Əməyin Mühafizəsi Fondunun yaradılması mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəkdir. Qeyd edilmişdir ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə dünyada 2 milyon 340 min nəfərə yaxın insan həlak olur. Son illər Azərbaycanda bu göstərici üzrə xeyli azalma müşahidə edilir. Ölkəmizdə əməyin mühafizəsi sayəsində insan ölümünün sayı azalmışdır. Nazir müavini iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin bundan sonra daha da gücləndirilməsinin vacibliyini qeyd etmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək tədbirin əhəmiyyəti haqqında danışmışlar. Bildirilmişdir ki, əməyin mühafizəsi sahəsində reallaşdırılan hər bir tədbir əməkçilərin sağlamlığına xidmət edir.

Sonra respublika müsabiqəsində iştirak etmiş müəssisə və təşkilatlara diplomlar və hədiyyələr təqdim olunmuşdur.

 

AzərTac.az