Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepala humanitar yardım göndərib

Posted by

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepala humanitar yardım göndərib Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepala humanitar yardım göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepala humanitar yardım göndərib

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) Nepal Federativ Demokratik Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

 

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.

 

Prezidentin tapşırığına uyğun olaraq, təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyə edilərək həmin təyyarə ilə Vətənə çatdırılması həyata keçiriləcək.

 

AzərTac.az