Azərbaycan FTƏP-in 4-cü mərhələsinin sənəd layihəsini NATO-ya təqdim edib

Posted by

Azərbaycan FTƏP-in 4-cü mərhələsinin sənəd layihəsini NATO-ya təqdim edib

 

Azərbaycan FTƏP-in 4-cü mərhələsinin sənəd layihəsini NATO-ya təqdim edib

Azərbaycan FTƏP-in 4-cü mərhələsinin sənəd layihəsini NATO-ya təqdim edib

 

Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 2014-2015-ci illəri əhatə edən 4-cü mərhələsinin sənəd layihəsini hazırlayaraq təsdiq edilməsi üçün NATO-ya təqdim edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) proqramları çərçivəsində NATO-nun Beynəlxalq Qərargahı ilə Bakıda və Brüsseldə 28+1 formatında Tərəfdaşlıq Məqsədlərinin və tədbirlərin yerinə yetirilməsinin analizi üzrə görüşlər keçirilir.

Planlaşdırma və Analiz Prosesi çərçivəsində Azərbaycan Respublikasının qəbul etdiyi 42 Tərəfdaşlıq Məqsədlərindən 28-i (Ümumi-18, Quru Qoşunları-5, Hərbi Dəniz Qüvvələri-1 və Hərbi Hava Qüvvələri-4) Silahlı Qüvvələrə aiddir. Hal-hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilib, uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər davam etdirilir.

PAP sənədinə əsasən NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etmək üçün sülhməramlı bölük, axtarış-xilasetmə üzrə taqım, tibb taqımı, mühəndis-istehkam taqımı və vertolyot qrupu ayrılıb.

Müdafiə Nazirliyi FTƏP-in 2005-2007, 2008-2010 və 2011-2013-cü illəri əhatə edən 1-ci, 2-ci və 3-cü mərhələləri müvəffəqiyyətlə yerinə yetirib. FTƏP-in 2014-2015-ci illəri əhatə edən 4-cü mərhələsinin sənəd layihəsi hazırlanaraq təsdiq edilməsi üçün NATO tərəfinə təqdim edilib.

Qeyd edək ki, FTƏP öhdəliklərinə uyğun olaraq, 2010-cu ildə Hərbi Doktrina və 2013-cü ildə Dəniz Təhlükəsizliyi Strategiyası qəbul edilib. Müdafiə Nazirliyi tərəfindən hazırlanan Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədinin layihəsi artıq Xarici İşlər Nazirliyinə təqdim olunub.

 

Trend.az