Azərbaycan Fransanın kənd təsərrüfatı sahəsində təcrübəsini öyrənmək niyyətindədir

Posted by

Azərbaycan Fransanın kənd təsərrüfatı sahəsində təcrübəsini öyrənmək niyyətindədir

 

Azərbaycan Fransanın kənd təsərrüfatı sahəsində təcrübəsini öyrənmək niyyətindədir

Azərbaycan Fransanın kənd təsərrüfatı sahəsində təcrübəsini öyrənmək niyyətindədir

 

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan Fransanın ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşüb. Görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının və gələcək perspektivlərin müzakirəsi olub.

 

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, H.Əsədov Fransanın Avropanın keyfiyyətli ərzaq istehsal edən qabaqcıl ölkələrindən biri olduğunu və Azərbaycanın Fransa ilə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıb. H.Əsədov aqrar sahədə çoxsahəli prioritet istiqamətlərinin olduğunu, xüsusilə torpaq alqı-satqı sahəsində və kooperativlərin yaradılmasında Fransanın qabaqcıl təcrübəsinin öyrənilməsini, bu ölkənin Azərbaycanda öz tədqiqatlarının və ticarət əlaqələrinin genişləndirilməsini, Fransanın iş adamları üçün Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu, eyni zamanda Fransadan alınması nəzərdə tutulan cins mal-qaranın qiymətinə yenidən baxılması imkanlarının araşdırılmasını nəzərə çatdırıb.

 

H.Əsədov iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Fransa Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını və Fransa Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən «Aqrimer» Texniki Yardım Agentliyi tərəfindən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına texniki yardımın göstərilməsi imkanlarının araşdırılmasını təklif edərək, belə görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

G.Qaro 2014-cü ildə Fransa ilə Azərbaycan arasında münasibətlərdə daha çox nailiyyətlər əldə olunacağına əminliyini bildirib. O, qida sənayesi sahəsində təcrübə mübadiləsinin aparılması, heyvandarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, Azərbaycanda ehtiyac meyarının müəyyən edilməsi, treninqlərin keçirilməsi, brend markaların qorunması, gənc fermerlərə təcrübə mübadiləsi keçirilməsi sahəsində əməkdaşlığa dair təkliflərini, bu təkliflərin dövlətlərarası və şirkətlərarası həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb və H.Əsədovu Fransaya rəsmi səfərə dəvət edib.

 

Apa.az