Azərbaycan Dərbəndə investisiya yatırmağa hazırdır

Posted by

 

Azərbaycan Dərbəndə investisiya yatırmağa hazırdır

Artıq indi Azərbaycan tərəfi Dərbənddə Olimpiya Kompleksinin inşa edilməsinə, Cümə məscidinin yenidən qurulmasına hazırlıq getdiyini bildirib.

 

Gün.Az xəbər verir ki, bunu Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xizri Şıxsaidov iqtisadi və humanitar sahələr üzrə Azərbaycan-Dağıstan hökumətlərarası komissiyasının Dağıstan tərəfinin iclasında bildirib.

 

Bu komissiya Dağıstan rəhbəri Ramazan Abdulatipovun Azərbaycana rəsmi səfərinin yekunları üzrə yaradılıb.

 

Onun sözlərinə görə, yaxın günlərdə hökumətlərarası komissiyanın üzvlərinin Azərbaycana işçi səfəri planlaşdırılıb.

 

İclasda Dağıstanın Azərbaycan tərəfinə investisiya qoyulması üçün təqdim edə biləcəyi təkliflər paketi müzakirə olunub. Burada söhbət Dağıstanda konserv zavodunun, logistika mərkəzinin, kaşı plitələrin və sanitar texniki ləvazimatların istehsalı zavodunun, sement zavodunun və digərlərinin tikintisindən gedir.