Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İstanbulda keçirilən konfransda çıxış edib

Posted by

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İstanbulda keçirilən konfransda çıxış edib

 

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İstanbulda keçirilən konfransda çıxış edib

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İstanbulda keçirilən konfransda çıxış edib

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universitetinin (FSMVU) Sivilizasiyaların Alyansı İnstitutunun dəvəti ilə İstanbulda Sivilizasiyaların Alyansı ilə bağlı elmi-praktik konfransda çıxış edib.

 

DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda BMT-nin Sivilizasiyaların Alyansı üzrə Ali Nümayəndəsi Nasir Abdulaziz al-Nasser, Türkiyə baş nazirinin sivilizasiyaların alyansı üzrə baş müşaviri Prof. Bekir Karlığa və Türkiyənin mədəniyyətlər və dinlərarası dialoq sahəsində fəaliyyət göstərən elm adamları iştirak ediblər.

 

Komitə sədri çıxışında müasir dünyada mədəniyyətlər və dinlərarası dialoq prosesinin vacibliyini vurğulamış və sivilizasiyaların alyansı məfhumunu meydana gətirən zərurətlərə toxunub. Zəngin mədəni və tolerantlıq irsinə malik Azərbaycanın bu sahədəki pozitiv təcrübəsi haqda məlumat verən komitə sədri Azərbaycan dövlətinin BMT Sivilizasiyaların Alyansına yaxından dəstək verdiyini və bu sahədə ortaq layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyevin Azərbaycandakı müxtəlif dinləri təmsil edən icmaların fəaliyyətini daim diqqətdə saxladığını və Azərbaycandakı tolerantlıq mühitinin qorunması və həmçinin dünyada tanıdılması ilə bağlı göstərişlər verdiyini bildirən E.İskəndərov XXI əsrdə bəşəriyyətin üzləşdiyi qlobal problemlər zəminində dini və mədəni dözümlülüyün tərənnüm olunmasının vacibliyini qeyd edib. Bu sahədə Azərbaycanın hətta bir çox Avropa ölkəsinə örnək ola biləcəyi vurğulanıb.

 

Sonda E.İskəndərov BMT Sivilizasiyaların Alyansı üzrə Ali Nümayəndəsi Al-Nasserə və professor Bekir Karlığaya dinlər və mədəniyyətlərarası dialoqa verdikləri töhfə üçün Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun xüsusi plaketlərini təqdim edib.

 

Apa.az