Azərbaycan-Belçika əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm yol oynayır

Posted by

Azərbaycan-Belçika əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm yol oynayır

Azərbaycan-Belçika əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm yol oynayır

 

 

Azərbaycan-Belçika əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlıq da mühüm yol oynayır

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun bu ölkənin parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Zigfrid Brake ilə görüşündə ölkələrimiz arasında bir çox sahələrdə münasibətlər, xüsusilə parlamentlərarası əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin Azərbaycan-Belçika əlaqələrinin inkişafı baxımından önəmli olduğu bildirib.

 

Görüşdə səfir Azərbaycanın regiondakı yeri və tutduğu mövqe barədə məlumat verib, ölkəmizin daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulayıb. Diplomat deyib ki, mürəkkəb bir coğrafiyada yerləşən Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya yolunu tutub.

 

F.İsgəndərov Azərbaycan ilə Belçika arasında iqtisadi əlaqələrin hazırkı durumu barədə məlumat verib. O, son bir il ərzində iqtisadi əməkdaşlığın genişlənməsinin və Belçika şirkətlərinin Azərbaycanda fəallaşmasının iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya olduğunu qeyd edib. Səfir iqtisadi əlaqələrin inkişafı fonunda siyasi münasibətlərin möhkəmlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.

 

Diplomat Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun 2013-cü ildə Belçikaya səfərinin parlamentlərarası əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd edib.

 

Z.Brake ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, əməkdaşlığın dərinləşməsində parlamentlərarası əlaqələrin də önəm kəsb etdiyini bildirib. Z.Brake Belçika və Azərbaycan arasında parlamentlər səviyyəsində siyasi dialoqun aparılmasına hazır olduğunu söyləyib.

 

AzərTac.az