Azərbaycan Avro-4 standartlarına keçdi

Posted by

Azərbaycan Avro-4 standartlarına keçdi

 

Azərbaycan Avro-4 standartlarına keçdi

Azərbaycan Avro-4 standartlarına keçdi

 

Bu gündən Azərbaycan Avro-4 standartlarına keçib.

 

Trend-in məlumatına görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik təsdiq edilib.

 

Dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən edilib. Əmrə əsasən avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.

 

Xatırladaq ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən, 1 aprel 2014-cü il tarixindən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcək. 1 aprel 2014-cü il tarixindən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.

 

Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil olan ölkələr, benzin

1997-2000

2001-2004

2005-dən

01.10.2009-dan

Avropa İttifaqına daxil olan ölkələr, dizel

1997 – 2001

2002 – 2004

2005-dən

01.10.2009-

dan

ABŞ

1996 – 2000

2001 – 2003

2004-dən

Yaponiya

1998-2004

2005 – 2010

2011-dən

0

Çin

2004-2007

2008-dən

2011-dən

Koreya

2001-2002

2003-2005

2006-dan

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

2014-dən

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

2014-dən

Belarus

2006-2007

2008-dən

2014-dən

Özbəkistan

2007-2009

2010-dan

2012-dən

Qazaxıstan

2006-2011

2012-dən

2014-dən

Rusiya

2006-2007

2008-dən

2013-dən

2014-dən

Türkiyə

2009-dan

İran

2009-dan

 

Trend.az