Azərbaycan AŞPA-dakı milli nümayəndə heyətləri katiblərinin seminarında təmsil olunmuşdur

Posted by

Azərbaycan AŞPA-dakı milli nümayəndə heyətləri katiblərinin seminarında təmsil olunmuşdur

Azərbaycan AŞPA-dakı milli nümayəndə heyətləri katiblərinin seminarında təmsil olunmuşdur

Azərbaycan AŞPA-dakı milli nümayəndə heyətləri katiblərinin seminarında təmsil olunmuşdur

Aprelin 11-12-də Strasburqda Avropa Şurasının mənzil qərargahında Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) milli nümayəndə heyətləri katibləri üçün “Qanunun aliliyi və seçki müşahidəsi missiyaları sahəsində Avropa Şurasının əməkdaşlığı” mövzusunda seminar keçirilmişdir. Seminarda quruma üzv ölkələrin milli nümayəndə heyətlərinin katibləri iştirak etmişlər. Tədbirdə ölkəmizi AŞPA yanındakı Azərbaycanı daimi nümayəndə heyətinin katibi İlqar Məcidli təmsil etmişdir.

Seminarı açan AŞPA-nın baş katibi Voyzex Savitski yaz sessiyasının çox gərgin iş rejimində keçdiyini bildirmiş, “Ukraynada son hadisələr: ölkədə demokratik təsisatların fəaliyyətinə təhdid” və “Rusiya nümayəndə heyətinin əvvəllər ratifikasiya olunmuş mandatlarına əsaslı zəmində yenidən baxılması” məsələləri üzrə təcili prosedur qaydasında keçirilmiş müzakirələrdə çıxış etmək istəyən deputatların qeydiyyatı ilə bağlı son zamanlaradək görünməmiş problemlərin yaşandığını vurğulamışdır.

Baş katib, həmçinin Assambleya katibliyinin işinin səmərəliliyinin artırılması ilə bağlı tədbir iştirakçılarının təkliflərini dinləmişdir.

Sonra seminarın mövzusu ətrafında Avropa Şurası katibliyinin hüquq işləri və insan haqları departamentinin rəhbəri Endryu Drjemçevski, parlamentlərarası əməkdaşlıq və seçki müşahidəsi departamentinin direktoru Vladimir Dronov, cinayətkarlıqla mübarizə departamentinin polis və həbsxanalarda islahatlar bölməsinin rəhbəri Tanya Rakusiç-Haciç, Venetsiya komissiyasının seçki və referendumlar bölməsinin rəhbəri Pyer Qaron, ədliyyənin səmərəliliyi üzrə Avropa komissiyasının təmsilçisi Ştefan Leyenberger və digər məsul şəxslər məruzə ilə çıxış etmiş, iştirakçıların suallarını cavablandırmışlar.

 

AzərTac.az