Azay Quliyev Xocalı soyqırımı ilə bağlı müraciət yaydı
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlayıb. Modern.az xəbər verir ki, bu haqda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun katibliyinin əməkdaşları UEFA-ya, “Qalatasaray” və “Çelsi” futbol klublarına müraciət edərək 2014-cü il fevralın 26-da bu komandaların İstanbulda UEFA Çempionlar liqası çərçivəsində baş tutacaq oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara lent bağlayaraq meydançaya çıxmalarını xahiş edib:
“Mən insanlıq əleyhinə törədilən bu cinayətə biganə qalmayan hər kəsi, xüsusilə Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən bütün QHT-ləri Şuranın bu təşəbbüsünə qoşulmağa və Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına dəstək olmağa çağırıram”.
Modern.az