Xocavəndli məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir

Posted by

Xocavəndli məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir

 

Xocavəndli məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir

Xocavəndli məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir

 

Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün daha bir qəsəbə inşa edilir.

AzərTAc xəbər verir ki, 320 evdən ibarət olacaq qəsəbənin inşası üçün 65 hektar torpaq sahəsi ayrılmışdır. Qəsəbədə 26 birotaqlı, 160 ikiotaqlı, 118 üçotaqlı, 16 dördotaqlı ev, həmçinin 360 şagird yerlik müasir tipli məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, həkim məntəqəsi və su anbarı tikiləcəkdir.

Ərazidə yaşıllaşdırma işləri aparılacaq, 1,2 hektarda park salınacaq, qəsəbə bütün əlavə infrastrukturla təmin olunacaqdır.

Hazırda mənzillərdə və ictimai binalarda hörgü işləri görülür.

Qəsəbənin bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

 

AzərTac.az