Azay Quliyev “Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi”nin rəhbərləri ilə görüşüb

Posted by

Azay Quliyev "Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi"nin rəhbərləri ilə görüşüb

 

Azay Quliyev “Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi”nin rəhbərləri ilə görüşüb

Azay Quliyev "Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi"nin rəhbərləri ilə görüşüb

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev “Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi”nin rəhbərləri ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təşkilatın rəhbərlərindən olan Zora Papova təmsil etdiyi QHT haqqında məlumat verərək konfliktlərin aradan qaldırılması, post-konflikt dövründə təlimlərin keçirilməsi və müxtəlif tədqiqatların aparılması üzrə ixtisaslaşdıqlarını bildirib. O, Almaniya və Danimarkada federal və yerli hökumətlərlə sıx əlaqələrinin olduğunu, həmçinin ATƏT, AŞ PA və Aİ-nin dəstəyi ilə bir çox layihələr icra etdiklərini qeyd edib.

Görüşdə Azərbaycanın Avropaya inteqrasiyasının sürətləndirilməsi, konfliktlərin həlli, ölkəmizin vətəndaş cəmiyyəti modelinin və Şuranın təcrübəsinin yayılması məsələləri geniş müzakirə edilib.

Müzakirələr zamanı Şuranın nümayəndə heyətinin 2014-cü ilin mayında Almaniya və Danimarkaya səfər proqramı da nəzərdən keçirilib. Səfər çərçivəsində “Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzi”nin Şuranın dəstəyi ilə həyata keçirdiyi “Stabil gələcək naminə əməkdaşlıq: millətlərarası və mədəniyyətlərarası dialoq sülhün və davamlı inkişafın təmin edilməsində alət kimi” adlı layihəyə uyğun olaraq Şuranın nümayəndə heyəti birgə yaşayışın Almaniya və Danimarka modeli ilə tanış olacaqlar. QHT layihə çərçivəsində bərabərhüquqlu şəkildə, sülh şəraitində yaşayışın müsbət nümunələrindən olan alman və danimarkalıların birgə yaşayış modeli haqqında hesabat hazırlayacaq. Bu sənəd dünya ictimaiyyətinə və Ermənistana münaqişələrin həlli yolunun etnik təmizləmə və işğal deyil, əməkdaşlıq, mehriban qonşuluq və birgə, sivil yaşayış olduğunu çatdıracaq.

A.Quliyev Şuranın fəaliyyəti haqqında qonaqlara məlumat verərək xarici QHT-lərlə əməkdaşlığın prioritet sahə olduğunu qeyd edib.

Şura sədri, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından və əməkdaşlığın gələcək istiqamətləri barədə danışıb.

Təşkilat nümayəndələri müxtəlif dövlət, QHT və KİV nümayəndələri ilə də görüşlər keçirəcək.

 

Trend.az