Bu gün Bakıda və bəzi rayonlarda qaz kəsiləcək

Posted by

Bu gün Bakıda və bəzi rayonlarda qaz kəsiləcək

 

Bu gün Bakıda və bəzi rayonlarda qaz kəsiləcək

Bu gün Bakıda və bəzi rayonlarda qaz kəsiləcək

 

Bu gün Bakının və respublikanın bir sıra regionlarında təbii qazın təchizatında məhdudiyyətlər olacaq.

 

ARDNŞ-in “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 17:00-dək Ağstafa, Ağcabədi rayonlarına, Zaqatala və Goranboy rayonlarının bir hissəsinə, saat 18:00-dək Mingəçevir şəhərinə, Yevlax rayonunun Tanrıqulular kəndinə, Abşeron və Tərtər rayonlarının bir hissəsinə, Xəzər rayonunun bir hissəsinə, saat 17:00-dək Quba rayonuna, saat 18:00-dək isə Qazax, Nərimanov, Lənkəran, Xətai, Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

 

Məlumatda bildirilib ki, adı qeyd edilən ərazilərdə təbii qazın verilməsində məhdudiyyətlərin olması aparılan təmir işləri ilə əlaqədardır.

 

Apa.az