Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər artıb
2015-ci ilin may ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 321 sığorta tələbi üzrə 1 570 679 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə Trend İSB-yə istinadən məlumat verir.
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsü üzrə cədvəl:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə
Say 1 228 Məbləğ 1 391 811
Əmlaka dəyən zərər üzrə
Say 39 Məbləğ 45 118
Sağlamlığa dəyən zərər üzrə
Say 36 Məbləğ 43 750
Şəxsin ölümü üzrə
Say 18 Məbləğ 90 000
Cəmi
Say 1 321 Məbləğ 1 570 679
Ümumilikdə 2015-ci ilin yanvar-may ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 8 114 sığorta tələbi üzrə 9 667 838 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
May ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37 333 manat, yanvar-may ayları ərzində 28 kompensasiya tələbi üzrə 110 333 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Trend.az