Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mükafatına layiq görülüb

Posted by

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mükafatına layiq görülübAzərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mükafatına layiq görülüb

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mükafatına layiq görülüb

İtaliyada keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) konfransının XXXIX sessiyasında aclıqla mübarizə istiqamətində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan mükafatlandırılıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yoxsulluğun yarıyadək azaldılması və 5%-dən aşağı endirilməsi üzrə 189 ölkə öhdəlik götürüb və onlardan yalnız 72-si bu sahədə müəyyən nailiyyətlər əldə edib. Həmin ölkələrdən 29-u, o cümlədən Azərbaycan isə həm qidalanmadan əziyyət çəkən əhalinin sayının yarıya qədər azaldılması üzrə, həm də ölkədə yoxsulluğun səviyyəsinin azaldılması üzrə hədəfə nail olub.

 

Azərbaycan aclıqla mübarizə tədbirlərində iştirak etməklə yanaşı, donor ölkə kimi də bir sıra dövlətlərə də yardımlar göstərəcək.

 

Apa.az