Avropa Şurası baş katibinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Posted by

Avropa Şurası baş katibinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Avropa Şurası baş katibinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Avropa Şurası baş katibinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Avropa Şurası baş katibinin Azərbaycana səfərinin tarixi açıqlanıb.

Avropa Şurasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baş katib Torbyorn Yaqland mayın 8-də Azərbaycana rəsmi səfər edəcək.

Səfərin əsas məqsədi AŞ ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi məsələlərini müzakirə etməkdir.

Səfər çərçivəsində T.Yaqlandın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri gözlənilir.

Qeyd edək ki, bundan öncə T.Yaqlandın başçılıq etdiyi nümayəndə heyətinin aprelin 22-24-də Azərbaycana səfər edəcəyi gözlənilirdi. Lakin səfər baş katibin Ukraynada baş verən hadisələrlə bağlı Strasburqda keçirilən təcili müzakirələrdə, eyni zamanda, AŞ Nazirlər Komitəsinin bu həftə və növbəti həftə keçiriləcək iclaslarında iştirak etməli olduğu üçün təxirə salınmışdı.

 

Trend.az