Avropa Şurası Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını təqdir edir

Posted by

Avropa Şurası Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını təqdir edirAvropa Şurası Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını təqdir edir

Avropa Şurası Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını təqdir edir

Mayın 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğu Ədliyyə və Hüquqi Əməkdaşlıq Departamentinin rəhbəri xanım Hanne Yunker ilə görüşüb.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir bu mötəbər qurumun Azərbaycan üçün 2014-2016-cı illər üzrə qəbul olunmuş Fəaliyyət Planının uğurla həyata keçirilməsini vurğulayıb. F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin tədrisi barədə məlumat verərək bu sahədə qarşılıqlı fəaliyyətə dair geniş perspektivlərin olduğunu söyləyib.

 

Avropa Şurasının ölkəmizlə hüquqi sahədə, o cümlədən Ədliyyə Nazirliyi ilə əlaqələrindən məmnunluğunu bildirən qonaq qurumun Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ilə uğurlu əməkdaşlığı, Azərbaycan nümayəndəsinin CEPEJ-in rəhbər orqanında təmsilçiliyini yüksək qiymətləndirib.

 

Xanım H.Yunker son illər respublikamızda aparılan məhkəmə-hüquq islahatlarını, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, infrastrukturun müasirləşdirilməsini və İKT-nin tətbiqini təqdir edərək məhkəmə sisteminə, o cümlədən hakimlərin tədrisinə maliyyə ayırmalarının səviyyəsini Avropada öncül dövlət kimi dəyərləndirib və ölkəmizin qazandığı müsbət təcrübənin digər dövlətlərə yayılmasının əhəmiyyətini vurğulayıb.

 

Görüşdə, həmçinin əməkdaşlığın prioritetləri, o cümlədən Fəaliyyət Planı çərçivəsində məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasını, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Akademiyasının potensialının gücləndirilməsini əhatə edən birgə layihə ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

AzərTac.az