Avropa İttifaqı “Şərq Tərəfdaşlığı”ndan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyi tələb etməyəcək
“Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrdən Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləməyi tələb etməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin ABŞ-dakı səfiri Devid Osallivan bildirib.
“Biz heç bir halda bu ölkələrdən Avropa İttifaqının xarici siyasətinə dəstək vermələrini gözləmirik. Lakin biz bunu Aİ üzvlüyünə namizəd olan ölkələrdən gözləyirik”, deyə Osallivan Sputnik agentliyinə bildirib.
Apa.az