Avropa İttifaqı Azərbaycanla yeni sənədlərin imzalanmasına qərar verib

Posted by

Avropa İttifaqı Azərbaycanla yeni sənədlərin imzalanmasına qərar verib

Avropa İttifaqı Azərbaycanla yeni sənədlərin imzalanmasına qərar verib

Avropa İttifaqı Azərbaycanla yeni sənədlərin imzalanmasına qərar verib

 

Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Şurası Lüksemburqda keçirilən iclasında Azərbaycanın Aİ proqramlarında iştirakını təmin etmək üçün Aİ və Azərbaycan arasında ümumi prinsiplərə dair Çərçivə Sazişi üzrə Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə protokolun imzalanması, onun müvəqqəti tətbiqi və yekunlaşdırılması barədə qərar verib.

 

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, ətrafında danışıqlar aparılan mətndə nəzərdə tutulur ki, Tərəflər bu Protokol imzalandığı tarixdən onun müddəalarını müvəqqəti olaraq tətbiq edəcəklər. Protokolun yaxın gələcəkdə imzalanması planlaşdırılır.

 

Protokol Horizon 2020, COSME və ya Gömrük kimi Aİ-nin bir sıra konkret siyasət və proqramları çərçivəsində Aİ ilə Azərbaycan arasında daha yaxın əməkdaşlığa yol açır. Cinayətkarlıq və terrorizmə qarşı mübarizə, mülki müdafiə, eləcə də media, mədəniyyət və gənclərin mübadiləsi sahəsində proqramlar baxımından əlavə imkanlar da təklif ediləcək.

 

Qeyd edək ki, Aİ Xarici İşlər üzrə Şurası 18 iyun 2007-ci il tarixində Əlcəzair, Ermənistan, Azərbaycan, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Moldova, Mərakeş, Fələstin Hakimiyyəti, Tunis və Ukraynanın Birliyin proqramlarında iştirakına dair ümumi prinsiplər üzrə bu ölkələrlə Çərçivə Sazişləri ətrafında danışıqların aparılması üçün Avropa Komissiyasına direktiv verib.

 

Apa.az