Avropa İnsan Haqları Konvensiyasının qüvvəyə minməsindən 60 il ötür

Posted by

Avropa İnsan Haqları Konvensiyasının qüvvəyə minməsindən 60 il ötür

Avropa İnsan Haqları Konvensiyasının qüvvəyə minməsindən 60 il ötürAvropa İnsan Haqları Konvensiyasının qüvvəyə minməsindən 60 il ötür

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Avropa İnsan Haqları Konvensiyasının qüvvəyə minməsinin 60 illiyini qeyd edir.

APA-nın xəbərinə görə, 1 noyabr 1950-ci ildə Romada imzalanan Konvensiya 3 sentyabr 1953-cü ildə qüvvəyə minib.

AİHM-in sədri Din Şpilman bildirib ki, bu sənəd demokratik Avropanın əsasını qoymaqla sülh və azadlığa öz töhfəsini verib. 60 il ərzində AİHM 16 500-ə yaxın iş üzrə qərar çıxarıb.

Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını 2002-ci ildə ratifikasiya edib. Ötən il AİHM Azərbaycandan 731 müraciətə baxıb. Onlardan 694-ü icraata qəbul edilməyib, 17 iş üzrə qərar çıxarılıb.