ATƏT-in növbəti monitorinqi də insidentsiz başa çatıb

Posted by

ATƏT-in növbəti monitorinqi də insidentsiz başa çatıbATƏT-in növbəti monitorinqi də insidentsiz başa çatıb

ATƏT-in növbəti monitorinqi də insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 11-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçiriblər.

 

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Saymon Tiller keçiriblər.

 

Trend.az