ATƏT-in nümayəndələri qoşunların təmas xəttində monitorinq keçirəcəklər

Posted by

ATƏT-in nümayəndələri qoşunların təmas xəttində monitorinq keçirəcəklərATƏT-in nümayəndələri qoşunların təmas xəttində monitorinq keçirəcəklər

ATƏT-in nümayəndələri qoşunların təmas xəttində monitorinq keçirəcəklər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər.

 

Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Piter Svedberq nəzarət edəcəklər.

 

AZƏRTAC