ATƏT-in Minsk qrupunun həmsədrləri sabah Azərbaycana səfər edəcəklər

Posted by

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) sabah Azərbaycana səfər edəcəklər. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən verilən məlumata görə, səfər zamanı həmsədrlər Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslərlə görüşəcəklər. Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və ATƏT-in Minsk qrupunun Fransa tərəfindən yeni təyin edilmiş həmsədri Pyer Andryu mayın 16-19-da regionda səfərdə olublar. Həmsədrlər səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Həmsədrlərin səfərinin əsas məqsədi mandatlarına uyğun olaraq, Dağlıq Qarabağda, Kəlbəcər və Laçın rayonlarındakı vəziyyətlə tanışlıq olub.

Trend.az