ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri əmindir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş üçün vaxt çatıb

Posted by

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri əmindir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş üçün vaxt çatıb

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri əmindir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş üçün vaxt çatıb

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri əmindir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş üçün vaxt çatıb

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik, çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində çıxış edərək “Dağlıq Qarabağ: həlli yolları” mövzusunda məruzəsini təqdim edib. O, öz Tvitterində əvvəllər qeyd edib ki, məruzənin postulatları, onun şəxsi nöqteyi-nəzərini yox, ABŞ-ın siyasi xəttinin əks etdirir.

“Tərəflər o nöqtəyə gəliblər ki, onların mövqeyi gələcək fəaliyyət barəsində bir-birindən uzaq deyil”, – Uorlik çıxışında bildirib.

Məruzəyə əsasən, bir çox razılaşmalar hələ 2011-ci ildə əldə olunub, buna görə də tərəflər növbəti uğursuz cəhdlərdən sonra danışıqlar masası arxasına qayıdaraq, onların əvvəlkinə bənzər “yeni təkliflər” əsas tezisləri var.

“Danışıqlar masasında artıq prinsiplər toplusu, razılaşmalar və sənədlər var, və heç kim onlardan imtina etmək təklifini etmir, – o, dedi. Bu gün məsələ isə ondan ibarətdir ki, tərəflərə və onların layiq olan xalqlarına sonuncu cəsarətli addım atmaq üçün üsul tapmaqda kömək etmək, qalan fikir ayrılıqlarını aradan qaldırmaq, sülh və stabillik gətirmək”.

“Bütün tərəflərin uduş vəziyyətində olmasına inamlığı – istənilən danışıqlarda uğur üçün əsasdır – Uorlik bildirib. Ermənilər və azərbaycanlılar olan halda isə heç bir şübhə yoxdur ki, bütün bölgədə sülh sazişi çiçəklənməyə yeni dövr açacaq”.

Uorlik bildirib ki, sülh sazişi bütün regionda təhlükəni azaldacaq, Azərbaycana məcburi köçkünlərin problemini həll etmək imkanını verəcək, regional ticarətin mərkəzi kimi iqtisadi inkişaf üçün əlavə imkanlar yaradacaq. Ermənistan, və daha artıq dərəcədə, Azərbaycanın işğal olunmuş əraziləri, beynəlxalq təcriddən çıxa biləcəklər. Təmas xəttində insanlar həlak olmayacaqlar.

“Gələn həftə atəşkəsin əldə olunmasından 20 il tamam olacaq, Uorlik deyib. Əlbəttə biz fəxr edə bilərik ki, açıq hərbi əməliyyatların bərpasından qaça bilirik, lakin etiraf etmək lazımdır ki, yaranmış mövcud vəziyyət qəbuledilməz və qeyri-sabitdir”.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə səfərləri, insanların gündəlik qorxu altında yaşaması haqqında bildirib.

Uorlik hesab edir ki, kənar müşahidəçilər tərəfindən hansı bir səylər atılsa da, son qərar Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür. O, qeyd edib ki, ötən ilin noyabrında iki il yarım ərzində İlham Əliyev və Serj Sarkisyanın ilk görüşü keçirilib.

“Biz onların dialoq və bəyanatlarla çıxış yolu tapmağa hazır olması ilə ruhlanmışıq”, – Uorlik deyərək bildirib ki, həmin görüşdən sonra canlı dialoqu dəstəkləmək məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir sıra görüşləri keçirilib.

Uorlik xatırladıb ki, sülh sazişinin əsasında Helsinki yekun aktının prinsipləri dayanıb, onların arasında – gücün tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi hüququ var.

“Bu prinsiplər ümumilikdə nəzərə alınmalıdır, – Uorlik deyib. Seçimlə yanaşan cəhd bu məsələyə balanslaşdırılmış həlli mümkünsüz edəcək”.

Amerikalı həmsədrin fikrincə, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element durmalıdır:

1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə bölgənin yekun hüquqi statusunu müəyyən etməlidirlər.

2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünüidarəetməni təmin edən aralıq statusu verilməlidir.

3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.

4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.

5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.

6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyətini daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.

“Uzunmüddətli sülh kağız üzərində əldə olunmamalıdır, o, etimada əsaslanmalıdır”, – Uorlik hesab edir.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri əmindir ki, danışıqlar prosesində bu günədək əldə olunlar əsas gətirilərək irəliləyiş üçün vaxt gəlib çatıb. O, bir daha qeyd edib ki, Minsk qrupunun həmsədrləri tərəflərə kömək etmək arzusu ilə sülh əldə etmək üçün həmfikirdirlər.

 

Trend.az