ATƏT-in Füzuli rayonunda keçirdiyi monitorinq insidentsiz ötüşüb

Posted by

ATƏT-in Füzuli rayonunda keçirdiyi monitorinq insidentsiz ötüşübATƏT-in Füzuli rayonunda keçirdiyi monitorinq insidentsiz ötüşüb

ATƏT-in Füzuli rayonunda keçirdiyi monitorinq insidentsiz ötüşüb

ATƏT-in Füzuli rayonunda monitorinqi baş tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 9-da Füzuli rayonu, Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

 

Trend.az