ATƏT-in fəaliyyətdə olan sədri iyunda Cənubi Qafqaza səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter iyun ayında Cənubi Qafqaza səfər etməyi planlaşdırır.
APA-nın diplomatik mənbələrə istinadən xəbərinə görə, D.Burkhalter regionun hər üç ölkəsinə – Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
Səfər çərçivəsində bu ölkələrin ATƏT-lə əməkdaşlıq imkanları, regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ konfliktinin nizamlanması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, İsveçrə Cənubi Qafqazı 2014-cü ildə ATƏT-ə sədrliyinin əsas coğrafi prioritetlərindən biri elan edib.
Apa.az