Bakı metrosunda müasir turniketlər quraşdırılacaq

Posted by

Bakı metrosunda müasir turniketlər quraşdırılacaq

Bakı metrosunda müasir turniketlər quraşdırılacaq

Bakı metrosunda müasir turniketlər quraşdırılacaq

Bakı Metropoliteninin yeni tikilən stansiyalarında ən son avadanlıqlar quraşdırılacaq. Xüsusilə bu ilin may ayında istismara verilməsi planlaşdırılan «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarında Ukraynanın «LOT Group» şirkətinin xüsusi avadanlığının qurulmasına dair razılaşma əldə olunub.

 

Bu ilin yanvar ayında imzalanan müqavilə əsasında «Avtovağzal» və «Memar Əcəmi-2» metro stansiyalarında yeni nəsil «Cayman» turniketləri quraşdırılacaq.

 

Qeyd edək ki, bu qurğular yüksək keyfiyyətli material və yığımda zərgər dəqiqliyinin istifadə olunması ilə fərqlənirlər. «Cayman» gediş haqqının avtomatlaşdırılmış sistemlərinin əsas tərkib hissələrindən biridir. Bundan başqa, o, nəzarət və girişin idarə olunması sistemlərində əsas element kimi də istifadə olunur.

 

Turniketin hər korpusunda keçidin vəziyyəti və nəqliyyat kartındakı qalığın miqdarı əks olunur. Yan hesablayıcıları hər iki tərəfdən quraşdırmaq mümkündür ki, bu da turniketlərdən ikitərəfli şəkildə: istər giriş, istərsə də çıxış üçün istifadə etməyə imkan verir.

 

Apa.az