ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağ münaqişəsi hazırki mərhələdə xüsusi diqqət tələb edir

Posted by

Dağlıq Qarabağ münaqişəsi hazırki mərhələdə xüsusi diqqət tələb edir.

APA-nın məlumatına görə, bunu Nyu-Yorkda BMT Daimi Şurasının iclasında çıxışı zamanı ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri Didye Burkhalter bəyan edib.

Onun sözlərinə görə, münaqişə son zamanlar təmas xəttində gərginliyin artması üzündən xüsusi diqqət tələb edir.

D.Burkhaletr qeyd edib ki, İsveçrənin ATƏT-dəki sədrliyi Qarabağ münaqişəsinin nizamlanması üçün seçilmiş formatları dəstəkləyəcək. Söhbət ilk növbədə ABŞ, Rusiya və Fransanın həmsədr olduqlarını ATƏT-in Minsk qrupundan gedir.

Cənubi Qafqaz bölgəsinin İsveçrə sədrliyinin əsas coğrafi prioritetlərindən biri olduğunu deyən ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, İsveçrə Cənubu Qafqazdakı proseslərdə uzunmüddətli iştirakın təminatı və bu bölgədəki münaqişələrin həllinə yardım göstərmək üçün yollar axtarır.

Apa.az