ATƏT-in Bakı Ofisi yol hərəkəti təhlükəsizliyinə dair məktəblilər üçün maarifləndirmə kampaniyasına başlayıb

Posted by

ATƏT-in Bakı Ofisi yol hərəkəti təhlükəsizliyinə dair məktəblilər üçün maarifləndirmə kampaniyasına başlayıb

ATƏT-in Bakı Ofisi yol hərəkəti təhlükəsizliyinə dair məktəblilər üçün maarifləndirmə kampaniyasına başlayıbATƏT-in Bakı Ofisi yol hərəkəti təhlükəsizliyinə dair məktəblilər üçün maarifləndirmə kampaniyasına başlayıb

ATƏT-in Bakı Ofisi bu gündən başlayaraq orta məktəb şagirdləri və müəllimləri üçün yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə kampaniyasına başlayır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytı məlumat verib.
Məlumatda qeyd olunur ki, Daxili İşlər və Təhsil nazirlikləri ilə birgə paytaxt Bakının 20 orta məktəbində həyata keçiriləcək tədbirlərdə 2500-ə yaxın şagird və 250 müəllimin iştirakı gözlənilir.
Yerli mütəxəssislər ibtidai sinif müəllimlərinə yol hərəkəti təhlükəsizliyi məsələləri ilə yanaşı, praktiki maarifləndirmə yolları və müvafiq internet resurslar haqqında məlumat verəcəklər.
Şagirdlər üçün əsas yol hərəkəti qaydaları haqqında təqdimatlar keçiriləcək, onların piyada və sərnişin kimi davranışlarına dair məsləhətlər veriləcək. Mütəxəssisləri müşayiət edən yol polisi zabitləri isə tədbir iştirakçılarının suallarını cavablandıracaq, lazımi tövsiyələrini verəcəklər.
ATƏT-in Bakı Ofisinin Siyasi-hərbi şöbəsinin rəhbər əvəzi Ömər Kılıc bildirib: “Bu kampaniyanın əsas məqsədi əhali arasında yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirmə işlərində Azərbaycan hökumətinin səylərinə töhfə vermək və vətəndaş cəmiyyətini bu işdə daha fəal iştiraka təşviq etməkdir”.
Təqdimatlardan sonra məktəblərin həyətlərində keçiriləcək xüsusi tədbir zamanı şagirdlərə qoruyucu kəmərin üstünlüklərini nümayiş etdirən simulyator oturacaq nümayiş olunacaq. Sonda isə iştirakçılara yol hərəkəti təhlükəsizliyinə dair bukletlər və layihənin mesajlarını özündə əks etdirən təşviqat materialları paylanacaq.