ATƏT cəbhədə atəşkəsin ən çox pozulduğu ərazilərdən birində monitorinq keçirəcək

Posted by

ATƏT cəbhədə atəşkəsin ən çox pozulduğu ərazilərdən birində monitorinq keçirəcəkATƏT cəbhədə atəşkəsin ən çox pozulduğu ərazilərdən birində monitorinq keçirəcək

ATƏT cəbhədə atəşkəsin ən çox pozulduğu ərazilərdən birində monitorinq keçirəcək

ATƏT cəbhədə qoşunların təmas xəttində monitorinq keçirəcək.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

 

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcək.

 

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçirəcək.

 

Trend.az