ATƏT Azərbaycandakı ofisinin yenidən açılmasını istəyir

Posted by

ATƏT Azərbaycandakı ofisinin yenidən açılmasını istəyir

ATƏT Azərbaycandakı ofisinin yenidən açılmasını istəyir

ATƏT Azərbaycandakı ofisinin yenidən açılmasını istəyir

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsində müzakirə olunan qətnamə layihəsinə Azərbaycan hökumətinə ATƏT-in Azərbaycandakı ofisinin yenidən açılmasına icazə verməsinə çağırış edən 45 saylı düzəliş daxil edilib.

 

Trend-in məlumatına görə, Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova düzəlişə etiraz edərək onun qətnamə layihəsindən çıxarılmasını tələb edib. Lakin düzəliş səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu qəbul olunan düzəlişlər hələ tam qəbul edilmiş sənəd hesab olunmur. Yekunda düzəlişlər ATƏT PA-nın sessiyasında bir daha müzakirəyə çıxarılacaq.

 

Trend.az