Ağstafada səyyar “ASAN xidmət”dən üç minə yaxın vətəndaş yararlanmışdır

Posted by

Ağstafada səyyar “ASAN xidmət”dən üç minə yaxın vətəndaş yararlanmışdır

Ağstafada səyyar “ASAN xidmət”dən üç minə yaxın vətəndaş yararlanmışdır

Ağstafada səyyar “ASAN xidmət”dən üç minə yaxın vətəndaş yararlanmışdır

Xəbər verdiyimiz kimi, aprelin 14-dən etibarən səyyar “ASAN xidmət” Ağstafa şəhərində Ağstafa, Qazax və Tovuz rayonlarının sakinlərinə xidmət göstərir.

Səyyar “ASAN xidmət”in qrup rəhbəri Ülvi Həsənzadə AzərTAc-a bildirmişdir ki, artıq 3 minə yaxın vətəndaş onlara müraciət etmişdir.

Aprelin 24-dək davam edəcək səyyar xidmətin gedişində sakinlər müvafiq qaydada notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyini, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi üzrə müraciət edirlər.

Müraciət edən sakinlər onlara göstərilən yüksək xidmətdən razı qaldıqlarını bildirmişlər.

 

AzərTac.az