Warning: mysqli_query(): (HY000/1021): Disk full (/tmp/#sql_4818_3.MAI); waiting for someone to free some space... (errno: 28 "No space left on device") in /home/azhumanrights/public_html/wp-includes/wp-db.php on line 2033

WordPress database error: [Disk full (/tmp/#sql_4818_3.MAI); waiting for someone to free some space... (errno: 28 "No space left on device")]
SELECT t.*, tt.* FROM a345iu9_terms AS t INNER JOIN a345iu9_term_taxonomy AS tt ON t.term_id = tt.term_id INNER JOIN a345iu9_term_relationships AS tr ON tr.term_taxonomy_id = tt.term_taxonomy_id WHERE tt.taxonomy IN ('category') AND tr.object_id IN (4898) ORDER BY t.name ASC

Warning: mysqli_query(): (HY000/1021): Disk full (/tmp/#sql_4818_3.MAI); waiting for someone to free some space... (errno: 28 "No space left on device") in /home/azhumanrights/public_html/wp-includes/wp-db.php on line 2033

WordPress database error: [Disk full (/tmp/#sql_4818_3.MAI); waiting for someone to free some space... (errno: 28 "No space left on device")]
SELECT t.*, tt.* FROM a345iu9_terms AS t INNER JOIN a345iu9_term_taxonomy AS tt ON t.term_id = tt.term_id INNER JOIN a345iu9_term_relationships AS tr ON tr.term_taxonomy_id = tt.term_taxonomy_id WHERE tt.taxonomy IN ('post_tag') AND tr.object_id IN (4898) ORDER BY t.name ASC

class="post-4898 post type-post status-publish format-standard hentry">

“ASAN xidmət” mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması barədə çıxarışlar verəcək

Posted by

Mərkəzlərdə çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması da təşkil olunacaq

“ASAN xidmət” mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar (kupça), texniki pasportlar veriləcək. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə verdiyi fərmanda əksini tapıb.

Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti də verilib. İndiyə qədər dövlət agentliyinin ilkin qeydiyyat istisna olmaqla yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi səlahiyyəti olub. Agentlik bundan sonra fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar da verə biləcək.

Fərmana əsasən “ASAN xidmət” mərkəzləri yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri də göstərəcəklər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu xidmətlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etmək tapşırılıb.

Dövlət Agentliyinin vəzifələri sırasına “Elektron hökumət” portalının operatorunun rəyinə və əsaslandırılmış tələbinə uyğun olaraq portala qoşulmaq üçün müəyyən edilmiş texniki tələblərə cavab verməyən elektron xidmətlərlə, informasiya sistemləri və ehtiyatları ilə bağlı zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparmaq əlavə edilib.

Apa.az